İyun 09, 2022 18:57 Asia/Baku
  • İlham Əliyev İbrahim Rəisiyə başsağlığı verib

Azərbaycan Respublikası prezidenti dünən İranın şərqində baş verən və onlarla sərnişinin ölümü ilə nəticələnən qatar qəzası ilə bağlı İran İslam Respublikası prezidentinə başsağlığı müraciəti ünvanlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisiyə başsağlığı müraciətində deyilir:

“Hörrmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Teqlər