İyun 14, 2022 11:15 Asia/Baku

Azərbaycan Təhlükəsizlik Şurasının katibi rəsmi mətbuata müsahibəsində bildirib ki, prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır.

SəhərAzəri-nin məlumatına əsasən, Ramil Usubov qeyd edib ki, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada maneə yaratmaq imkanlarını itirir: "Bu prosesdə Azərbaycan prezidentinin təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir."

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq prezident Əliyev cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı.

Teqlər