İyun 16, 2022 11:51 Asia/Baku
  • Tale Bağırzadənin səhhətində problemlər yaranıb

Şəhadət aclığı aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin səhhətində problemlər yaranıb.

SəhərAzəri-nin məlumatına əsasən, həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin 11 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə ilahiyyatçının yaxınları məlumat verib. Onlar qeyd edib ki, aclıq T.Bağırzadənin səhhətində problemlər yaradıb.

Vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin həkim nəzarətində olduğunu bildirib.

T. Bağırzadənin saxlandığı həbsxananın rəhbərliyinə iyunun 3-də aclıq aksiyasına başladığı barədə ərizə verdiyi bildirilir. 

Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, sosial şəbəkələrdə Nardaran hadisələri ilə bağlı həbs edilmiş Tale Bağırzadənin aclıq aksiyasına başladığı və buna səbəb kimi polislərin dini təhqir etdiyi, Allah-təalanı söydüyü iddiaları yayılıb. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq polisin dini təhqir etməsi barədə yayılanlar şaiyə olduğunu bildirib. Polisin bütün dinlərə, o cümlədən islam dininə, böyük hörmət və sayğı ilə yanaşdığı qeyd olunub.

Hacı Tale 2015-ci ildə Nardaranda Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il müddətə azadlıqdan məhrum edilib.

Teqlər