İyul 02, 2022 16:54 Asia/Baku
  • “Revanşist qüvvələrin mümkün təxribatlarının qarşısı alınmalıdır”

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün keçirdiyi müşavirədə Ermənistanın revanşist qüvvələrinin təxribatları barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, tədbirdə nazir "revanşist qüvvələrin mümküntəxribatlarının qarşısını almağa hər an hazır olmaq" barədə göstərişverib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki,müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağiqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbiqulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda, azad edilən ərazilərdə dislokasiya olunan hərbihissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verilib.

Azərbaycan Respublikasında hesab edirlər ki, Ermənistanla sülh prosesinin ləngiməsinin əsas amillərindən biri revanşist qüvvələrin təxribatıdır və onlar Paşinyan hökumətinin qonşu ölkə ilə dil tapmasına mane olurlar. Belə ki, hətta Qarabağ məsələsində də hökumətin tez-tez mövqeyini dəyişməsi məhz revanşist qüvvələrdən ehtiyatlanmanın nəticəsidir.

Teqlər