Azərbaycanda əsgər intihar edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i391126-azərbaycanda_əsgər_intihar_edib
Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası ordusunun bir əsgərinin intihar etməsindən xəbər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 14, 2022 06:37 Asia/Baku
  •   Azərbaycanda əsgər intihar edib

Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası ordusunun bir əsgərinin intihar etməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Prokurorluq bildirib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ruslan Manafzadənin avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.