Ermənistan Təhlükəsizlik Şurası rəhbəri:
Ermənistan qoşunlarının Qarabağdan çıxarılması sentyabrda başa çatacaq
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress" agentliyinə müsahibəsində deyib ki, sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması əməliyyatı başa çatacaq.
SəhərAzəri-nin məlumatına əsasən,Armen Qriqoryan bildirib ki, atəşkəs rejimi bərqərar olduqdan və Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri hissələrinin çıxarılması tamamilə qanunauyğundur.
Ermənistan Təhlükəsizlik Şurasının katibi bundan sonra Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyasını “Qarabağ ordusu”-nun yerinə yetirəcəyini xatırladıb eyni zamanda təhlükəsizliyin qarantı kimi Rusiya sülhməramlılarına diqqət çəkib.
Sonra o əlavə edib ki, müqavilə ilə döyüşənlər kimi, Ermənistandan olan çağırışçıları da Qarabağa göndərməyəcəklər.