İyul 20, 2022 12:13 Asia/Baku
  • Putinin İlham Əliyev barədə dediyi söz qalmaqala səbəb olub

Vladimir Putinin “salamı” sosial şəbəkədə geniş müzakrəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin Əliyevdən Ərdoğana “salamı”nı təxribat kimi dəyərləndirib, lakin politoloq Zərdüşt Əlizadə bunu çox normal qiymətləndirir.

SəhərAzəri-nin məlumatına əsasən, Zərdüşt Əlizadə Tehranda Putin-Ərdoğan görüşü zamanı baş verən kuryoz hadisələri poliqon portalına şərh edərkən deyib: “Rusiya prezidenti bu mesajı çatdırmaqla bildirmək istədi ki, Rusiya Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxır və bu münasibətlərdə Rusiyaya qarşı heç bir element görmür”.

Rusiyanın Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxdığını və Əliyevin salamını Ərdoğana çatdırmaqla daha isti və məhrəm atmosfer yaratmağa çalışdığını düşünən politoloq qeyd edib ki, Putininin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə axtarmağa ehtiyac yoxdur.

“Hesab edirəm ki, Aşqabadda Putinlə söhbət zamanı İlham Əliyev Tehranda Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşəcəyini biləndə, ondan da Ərdoğana salam deməsini xahiş edib. Bu da çox normaldır. Hesab edirəm ki, Putin Tehranda Əliyevin salamını Ərdoğana çatdırmaqla, görüşdə daha isti və məhrəm atmosfer yaratmağa çalışıb”, - deyə azərbaycanlı politoloq vurğulayıb.

Xatırladaq ki, ötən gün Tehranda keçirilən görüşdə bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırlayan Putin İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyini deyib.

Teqlər