İyul 23, 2022 10:39 Asia/Baku
  • Ə.Oruclu: Növbəti savaşda Türkiyə Azərbaycanın yanında yer almaya bilər

Azərbaycanlı məşhur politoloq xəbərdarlıq edib ki, Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun əli ilə Türkiyənin bu ölkədən kənarlaşdırılması aktiv fazaya keçibdir.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-da mühacirətdə yaşayan politoloq Ərəstun Oruclu moderator.az portalı ilə müsahibədə deyib: "Azərbaycanın bir sıra media vasitələrində Rusiyanın geninə-boluna təbliğatı aparılır. Rusiya ilə Azərbaycan az qala qardaş dövlətlər kimi təqdim olunur. Və bu gün Azərbaycanda Rusiyanın “5-ci kalon”u əlindən gələni edir ki, Türkiyə Azərbaycandan uzaqlaşdırılsın və uzaqlaşsın. Bunun üçün müvafiq təbliğat bazası da işləyir."

Ərəstun Oruclu qeyd edib ki, Türkiyə sadəcə olaraq unutdurulur. Azərbaycan media məkanında Türkiyə hansısa çox yad bir ölkə ilə faktiki olaraq eyni tezilikdə, eyni intensivlikdə xatırlanır. Həmçinin Azərbaycanın Türkiyə modeli üzrə ordu quruculuğu haqda gedən söhbətlər, əldə olunmuş anlaşmalar, o cümlədən Şuşa Bəyannaməsində göstərilən bəndlər sabotaj olunur. 

Politoloqun sözlərinə görə, bu tendensiyanın nəticəsi olaraq növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür.

Teqlər