İyul 26, 2022 11:06 Asia/Baku
  • İlham Əliyev üç rayonun icra başçısını işdən çıxarıb

Azərbaycanda bir neçə icra hakimiyyətinin başçısı korrupsiyaya görə işdən çıxarılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətinin başçılarını vəzifələrindən azad edib.

Dövlət başçısının sərəncamında deyilir: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyrı yolla gediblər və bu gün bunun acısını çəkirlər”, –

Əliyev qeyd edib ki, bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Teqlər