Azərbaycan və Ermənistan liderlərinin yeni görüşü planlaşdırılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i391550-azərbaycan_və_ermənistan_liderlərinin_yeni_görüşü_planlaşdırılır
Azərbaycam və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2022 12:16 Asia/Baku
  • Azərbaycan və Ermənistan liderlərinin yeni görüşü planlaşdırılır

Azərbaycam və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar.

SəhərAzəri-nin məlumatına əsasən, bunu çərşənbə axşamı brifinqdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan bildirib.

"Bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarixləri deyə bilmərəm", deyə Aqacanyan vurğulayıb.

İlham Əliyev və Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.