İyul 30, 2022 10:39 Asia/Baku
  • “Minsk Qrupu əsas vasitəçilik formatıdır”

ABŞ-ın Ermənistandakı səfiri yerli mediaya müsahibəsində bildirb ki, Birləşmiş Ştatlar Qarabağ probleminin hərtərəfli və sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunda Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, Lin Treysi deyib: “Biz Minsk qrupundan platforma kimi istifadə etməyə hazır olduğumuzu bildirdik. Bu təklif açıq qalır. Rusiyalı həmkarların bu təklifə reaksiyasını eşitməmişik. Amma hesab edirəm ki, bu ilk addımdır, ondan sonra başqa addımlar və ideyalar barədə danışmaq olar. Biz gözləyirik ki, Rusiya ilk addımı atacaq və bu, Rusiyanın bu formatda iştirakına qayıtması olacaq. Biz Minsk qrupunu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün beynəlxalq mandata malik format, platforma kimi nəzərdən keçirməyə davam edirik”.

Səfir vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına baxmayaraq, dünyada böyük diqqət cəlb edən ABŞ bu regiondakı məsələlərə, Ermənistanla Azərbaycan arasındakı vəziyyətə çox diqqətlə yanaşır: “Bu, ABŞ dövlət katibinin münaqişələrin yenidən başlanmasının qarşısını almaq, müzakirələri diqqət mərkəzində saxlamaq, irəliləyiş əldə etmək və bunu diplomatiya yolu ilə etmək istəyinə sadiqliyini göstərir”.

Maraqlıdır ki, ABŞ diplomatı bir vaxtlar Minsk Qrupunda Rusiya ilə könüllü əməkdaşlıqdan imtina etdiklərini bildirmişdi. Məhz həmin imtinadan sonra Rusiya da bu formatdan imtina etdi. İndi isə səfir həmin formatın mütləq bərpa edilməli olduğunu vurğulayır.

Bəzi müşahidəçilərə görə, Minsk qrupu Avropa Birliyi və ABŞ-a ona görə lazımdır ki, Qafqazda itirdikləri mövqeləri bərpa edə bilsinlər və yenidən regionda Rusiya ilə geosiyasi rəqabət imkanı qazansınlar.

Teqlər