Avq 05, 2022 12:56 Asia/Baku
  • Rəsmi Bakı Britaniyaya kəskin etiraz edib

Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılaraq Azərbaycan Respublikasının Londondakı səfirliyinin mühafizəsindəki laqeydliyə görə rəsmi Bakının kəskin etirazı ona bildirilib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki 5 avqust 2022-ci il tarixində Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı törədilən hücumla bağlı Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

 Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.

Baş vermiş vandallıq aktı ilə bağlı Britaniyanın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.

 

 

Teqlər