Amerikalı konqresmenlərdən Baydenə çağırış
Qanunvericilər Azərbaycanı təhqir və təhdid etdilər
ABŞ qanunvericiləri Bayden administrasiyasını Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Senatın Xarici Əlaqələr omitəsinin üzvü Marko Rubio və Konqresin erməni qrupunun həmsədrləri Frank Pallone və Ceki Spayer Bayden administrasiyasının guya Laçınına qarşı hücumları dayandırması üçün Azərbaycana təzyiq göstərməsiylə bağlı çağırış ediblər.
Tvitterdə deputat Pallone Azərbaycanı hədələyərək sərsəm açıqlamasında bildirib: “Bu, Əliyevin Artsax xalqını Laçın dəhlizinin bağlanması kimi absurd tələblərlə hədələməsinin son nümunəsidir. Mən Dövlət Departamentini və ABŞ-ın ATƏT-dəki missiyasını bu hərəkətləri məhkum etməyə və Əliyevin təhlükəli hərəkətlərini dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıram”.
Konqresmen Marko Rubio isə deyib: “Etnik erməni olan Dağlıq Qarabağda zorakılığın artması narahatedicidir. Azərbaycan dərhal bu münaqişəni həll etməli və mübahisənin sülh yolu ilə həlli istiqamətində Ermənistanla işləməlidir”, – deyə senator bildirib.
Konqresmen Ketrin Klark isə oxşar narahatlıq ifadə edib. “Azərbaycan Ermənistanla atəşkəs sazişini növbəti dəfə həyasızcasına pozur. Ermənistanın süvereni və sülhü naminə ayağa qalxmaq bizim üçün həyati əhəmiyyət kəsb edir” – deyərək Klark bildirib.
Deputat Anna Eşu da Tvitter-də yazıb: “Azərbaycan pilotsuz təyyarələrinin 2020-ci ildə Artsaxa ölümyağdırıcı zərbələri atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır.”
Qeyd edək ki, amerikalı konqresmenlər bu yaxınlarda separatçı rejimə iki milyon dollar yardımın ayrılması barədə qərar qəbul etmişlər; Bu isə qondarma “DQR”-nın de-fakto tanınması anlamına gəlir.