Avq 09, 2022 14:00 Asia/Baku
  • Məhdudiyyətlər Hüseyn Aşurasına kölgə sala bilmədi

Bu il məhərrəmlik ayinləri Bakıdan Gəncəyə, Qubadan Lənkərana, Astara və Bilehsvaradək Hüseyni mövzuda divarların yazılması və Əba Əbdullah bayrağının dalğalanması, eləcə də əzadar dəstələrin iştirakı ilə yadda qaldı.

SəhərAzəri-nin məlumatına əsasən, müşahidələr göstərir ki, ölkədə bütün əməli məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikası şiələri Həzrət Seyid əş-Şühəda (ə.s) üçün əzadarlıq məclislərini özünəməxsus şəkildə təşkil etdi.

Məscidlərdən kənarda Ya Hüseyn bayrağının asılmasının qadağan edilməsi, küçə əzadarlığının məhdudlaşdırılması, uşaqların sinə vurma mərasimlərində iştirakının qarşısının alınması şiələrə qarşı qoyulan qadağaların yalnız bir hissəsidir. Lakin bunlar xalqın Əhli-Beytə olan məhəbbətini və sədaqətini azalda bilmədi.

Qeyd edək ki, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılması ilə əzadarlıq mərasimlərinin keçirilməsinə bir çox məhdudiyyət və qadağalar tətbiq edilib.

Teqlər