Avq 14, 2022 10:58 Asia/Baku
  • Bakı-Moskva təyyarəsi Bakı aeroportuna qayıtmalı olub

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

SəhərAzəri-nin məlumatına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirib ki,təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Məlumatda deyilir ki,ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

Həmin məlumatda sərnişinlərin digər təyyarə ilə Moskvaya yola düşəcəkləri qeyd olunub.

Teqlər