Avq 25, 2022 15:14 Asia/Baku
  • Azərbaycan və Ermənistanın dövlət başçıları görüşəcəklər

Avropa Şurası rəhbərinin iştirakı ilə avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü baş tutacaq. 

Bu barədə cümə axşamı "TASS"ın müxbirinə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, avqustun 31-də Brüsseldə baş nazir Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Teqlər