İranın xarici siyasəti, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsidir
İranın Azərbaycan Respublikasındakı səfiri deyib ki, İranın xarici siyasəti, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsidir.
Seyid Abbas Musəvi dünən Azərbaycan Respublikası hərbi dəniz qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ilə görüşdə əlavə edib: İranın silahlı qüvvələri daima iki qonşu və müsəlman ölkə olan İran və Azərbaycan Respublikası arasında dostcasına və qardaşcasına əlaqələrin əsas himayədarı olublar və vardırlar.
Musəvi söyləyib: Tehran-Bakı əlaqələri iki ölkə başçılarının iradələri əsasında inkişaf edib, dərinləşməkdədir və iki ölkənin yaxşı hərbi əlaqələri ikitərəfli əlaqələr səviyyəsini strateji əlaqələrə yüksəldə bilər.
Azərbaycan Respublikası hərbi dəniz qüvvələrinin komandanı da ortaq tarixi-mədəni köklərə malik olan iki qonşu və müsəlman ölkə- İran və Azərbaycan Respublikası arasındakı olduqca yaxın və dostcasına əlaqələrə işarə ilə bu əlaqələri iki ölkənin dostları üçün arxayınlıq, düşmənləri üçün isə narahatlıq mənbəyi adlandırıb, iki ölkənin silahlı qüvvələrinin əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib.