Sen 08, 2022 19:08 Asia/Baku
  • Rusiya XİN-in xüsusi nümayəndəsi Bakıya gəlib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiay XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu xəbəri verib.

Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib.

Zaxarova, Xovayevin yaxın günlərdə İrəvana da səfər edəcəyini söyləyib.

“Münaqişə sonrası nizamlanma ilə bağlı Rusiyanın Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azalmayıb. Son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir”.Mariya Zaxarova deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker də regionda səfərdədir. Bu gün Ermənistana gələn Rikerin Azərbaycan və Gürcüstana da səfəri nəzərdə tutulur.

Teqlər