ABŞ Azərbaycandan izahat istəyib?
Ceyhun Bayramov Ermənistanın təxribatlarından danışıb
Azərbaycan XİN başçısı deyib: Ermənistan son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutur.
SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı azərbaycanlı nazir Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb.
Məlumatda qeyd olunur ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozduğu, bununla da aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu diqqətə çatdırılıb.
Karen Donfrid də hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.