Amerikalı konqresmenlər Azərbaycana qarşı hərəkətə keçdilər
ABŞ tərəfindən sanksiyalar tətbiq oluna bilər?
ABŞ Konqresindəki ermənipərəst deputatlar Azərbaycan Respublikasının cəzalandırılmasını tələb etmişlər.
SəhərAzəri-nin məlumatına əsasən, konqresmen Adam Şiff ABŞ Konqresinə Azərbaycanı Ermənistan və Artsaxa hücumları dərhal dayandırmağa çağıran, Ermənistanın suverenliyinin vacibliyini vurğulayan və ABŞ-ın Azərbaycana yardımına tam qadağa qoyulmasını tələb edən qətnamə təqdim etməyə hazırlaşır.
Konqresmen bu haqda deyib ki, ABŞ erməni xalqını dəstəkləməkdə və Azərbaycan zorakılığına qarşı qətiyyətli olmalıdır.
Digər konqresmen konqresmeni Deyvid Sicillayn isə özünün tvitter səhifəsində yazıb: "ABŞ erməni xalqını dəstəkləməkdə və Azərbaycanın zorakılığına qarşı cəsarətli və mətanətli olmalıdır."
Konqresmen iddia edib ki, bu son qarşıdurma Azərbaycanın erməni xalqına qarşı əsassız hücumu və son razılaşmaların açıq şəkildə pozulmasıdır və Birləşmiş Ştatlar onu məsuliyyətə cəlb etməlidir.
Qeyd edək ki, dünən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycanın erməni şəhərlərinə “hücumu”nu pisləyib.
Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəsmi hesabında dərc olunan bəyanatı retvit edib və yazıb: “Erməni şəhərlərini və günahsız mülki əhalinin atəşə tutulması qeyri-qanuni və qəbuledilməzdir. Dünya avtoritar vəhşiliyə qarşı durmalıdır. ABŞ Azərbaycana bütün təhlükəsizlik yardımlarını indi dayandırmalıdır.”