Parisdə Azərbaycan səfirliyinə hücum olub
Sen 18, 2022 19:31 Asia/Baku
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında ermənilər tərəfindən aksiya təşkil olunub.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, Aksiya zamanı səfirliyin binasına qarşı vandal aktı törədilib. Aksiyaçılar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:
“Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron,
səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.