Sen 20, 2022 11:47 Asia/Baku
  • Şirvanda qazi özünü yandırdı 

Şirvanda yaşayan Yardımlı rayon sakini, Qarabağ qazisi Abdiyev Elmir Pənahəli oğlu özünü yandırıb. 

SəhərAzəri-nin məlumatına əsasən, rəsmilər iddia edirlər ki, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub. Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. 

Bunun ardınca saat 20 radələrində E.Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Üçüncü dərəcəli yanıq xəsarəti alan qazi Şirvan xəstəxanasına yerləşdirilib. 

Bu, 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra 44-cü intihar hadisəsidir.

Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Teqlər