ABŞ, Britaniya və Fransanın çağırışlarına cavab
https://azeri.sahartv.ir/news/azərbaycan-i393757-abŞ_britaniya_və_fransanın_çağırışlarına_cavab
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ, Britaniya və Fransanı qərəzli və ədalətsiz yanaşmada ittiham edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 04, 2022 09:46 Asia/Baku
  • ABŞ, Britaniya və Fransanın çağırışlarına cavab

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ, Britaniya və Fransanı qərəzli və ədalətsiz yanaşmada ittiham edib.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış videokadrlarla bağlı ABŞ, Britaniya və Fransadan gələn çağırışlara reaksiya verib: "Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər”,-Leyla Abdullayeva deyib.

Azərbaycan XİN-in mətbuat katibi qərb dövlətlərinin çağırışlarını erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlama adlandırıb.

“Beynəlxalq qurumlar erməni hərbiçilərin Birinci və İkinci Qarabağ müharibələri zamanı törətdiyi çoxsaylı hərbi cinayətlərə heç bir reaksiya verməyiblər. Onlar böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasına da reaksiya vermirlər”,- deyə Leyla Abdullayeva beynəlxalq qurumların da ikili yanaşmalarını tənqid edib.

XİN rəsmisi eyni zamanda Azərbaycan Hərbi Prokurorluğunun Azərbaycan əsgərlərinin hərbi cinayət törətdiyi iddia olunan videokadrları araşdırmağa davam etdiyini bildirib.