Okt 04, 2022 15:08 Asia/Baku
  • Benyamin Qantsın Bakıya gizli səfəri başa çatıb

Sionist İsrail rejimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətini müasir nəzarət avadanlığı ilə təmin etmək adı altında bu ölkənin sərhədlərinə nəzarəti ələ keçirməyi planlaşdırır.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin müharibə naziri Benyamin Qantsın Azərbaycan Sərhəd Qoşunlarının komandanı general Elçin Quliyev ilə görüşündə, sərhədlərin mühafizəsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin keçmişdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərin sərhədlərində lazımi infrastrukturun yaradılması müzakirə obyekti olub.

Bu arada sionist rejimin müharibə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin binasında yerləşən “Siyasi repressiya qurbanları” muzeyini də ziyarət edib.

Səfərin sonuna qədər məxfi saxlanılan görüşlərin xəbəri bu gün yayılıb.

Sionist rejim ötən illərdə Azərbaycan Respublikasının hava limanı, limanları və terminalları üçün lazımi təhlükəsizlik ləvazimatları ilə təmin etmək adı altında Azərbaycan Respublikasındakı bu mərkəzlərdə nüfuzunu təmin edib.  

Qeyd edək ki, Azərbaycan dövlət başçısı İlham Əliyev oktyabrın 3-də Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Benyamin Qantsı və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini qəbul edib.

Rəsmi məlumatda deyilir ki, görüşlər zamanı regional siyasət və təhlükəsizlik məsələləri müzakirə olunub.

İşğal olunmuş Fələstinə yola düşən sionist nazir Azərbaycanla strateji əlaqələrin möhkəmlənməsinə və inkişafına böyük önəm verdiyini bildirib.

Teqlər