Okt 28, 2022 16:42 Asia/Baku
  • Fransa və Aİ Qarabağın “status” məsələsini gündəmə gətirmək istəyirlər

 Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az saytında verdiyi müsahibədə Makronun çıxışından sonra Brüssel prossesinin dayandığını deyib.

“Əslinə qalsa, Makronun Azərbaycan və Rusiya ilə bağlı son çıxışından sonra Brüssel prosesi, demək olar ki, dayanıb. Yaxud Brüssel prosesi birtərəflidir. Çünki həmin danışıqlar prosesi nəticəsində Ermənistan istədiyi məsələlərə nail olub. Avropa İttifaqının missiyası Azərbaycanla sərhədə gəlib  və s. Azərbaycana qarşı prosesin mənfi inkişafı isə artıq göz qabağındadır. Və bunun göstəricisi həm də Fransa  prezidenti Makronun çıxışıdır”

Tofiq Zülfüqarov qərbin Qarabağa qondarma “status” məsələsini qaldırmaq niyyətinə də toxunub:

“Əslində Fransanın  nə etmək istədiyini başa düşmək üçün Senatda Qarabağ mövzusunda artıq layihə kimi müzakirə olunan və 15 noyabrda səsverməyə çıxarılacaq sənədə diqqət etmək gərəkdir. Oradan açıq-aşkar görsənir ki, Fransa və Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindən sonra Xankəndində də humanitar missiya yaratmaq və humanitar mövzularla məşğul olmaq niyyətindədirlər. İndi buna “humanitar mövzu” deyilir. Amma əslində sabah Qarabağın qondarma “status” məsələsini gündəmə gətirməyini planlaşdırırlar… 

Politoloq Fransa ilə Aİ arasında heç bir fərqin olmadığını deyib: 

“Fransa ilə Avropa İttifaqını ayırmaq düzgün deyil. Çünki Fransa sözügedən davranışlarıyla həm də göstərməyə çalışır ki, o, bu İttifaqın xarici siyasətində dominant rol oynayır…

Teqlər