İlham Əliyevin Zəngəzur siyasətinə Qərbin reaksiyası
Sərhəd insidentindən rəsmi Bakının hansısa qazancı oldumu?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirib ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycan Respublikası yekdilliklə qınanıldı, hətta Hindistan kimi nüfuzlu bir ölkənin təmsilçisi tərəfindən işğalçı adlandırıldı.
SəhərAzəri-nin məlumatına əsasən, Gültəkin Hacıbəylinin fikrincə AŞPA dinləmələrində, eynilə BMT və Avropa Parlamentində olduğu kimi Azərbaycan Respublikası təkləndi, işğalçılıqda ittiham olundu, aqressor adlandırıldı.
Sabiq deputat qeyd edib ki, “Kürü diplomatiyası” sayəsində Avropada Azərbaycan deputatlarına və diplomatlarına salam verməkdən qorxurlar, bununla yanaşı diasporun işi uzun illər ərzində Heydər Əliyevə heykəl qoymaqdan, dolmanı və şəkərburanı təbliğ etməkdən və xarici ölkələrdəki diaspor təşkilatları arasında təfriqə yaratmaqdan ibarət olub.
Təhlilçinin qənaətinə görə, bütün bunlar olmasa belə önəmli faktora görə Azərbaycan Respublikasının ailə rejimi ermənilərə bütün müstəvilərdə uduzur:
O sonra deyib: “Azərbaycanda sərt avtoritar rejim, Ermənistanda isə azad və ədalətli seçkilərlə formalaşmış demokratik hakimiyyət var. İlham Əliyevin çox güvəndiyi yeni qaz müqaviləsi də onu bu durumdan xilas etmək gücündə deyil və Putin məhz Əliyevlə Qərbin münasibətlərinin çox gərildiyinə arxayın olduğu üçün Azərbaycanla açıq təhdid dili ilə danışmağa başladı. Bir həftəyə yaxındır ki, Rusiyanın dövlət televiziya kanalları “Dağlıq Qarabağ Redpublikası”-nın təqdimatını edir, ölkəmizə meydan oxuyurlar.
İş o yerə çatdı ki, Aztv və İctimai Televiziya Rusiyanı işğalçı adlandırdı”.