Noy 01, 2022 08:40 Asia/Baku
  • Putin üçtərəfli görüşdə razılaşdırılmayan məsələləri açıqlamayıb

Rusiya prezidenti Praqada əldə olunmuş razılaşmanın üstündən xətt çəkdi.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında hansı məsələlərlə bağlı razılığa gələ bilmədiklərini açıqlayıb. 

"O ki, qaldı hansı məsələləri razılaşdıra bilmədiyimizə. Bu haqda danışmaq olarmı? Olar. Amma lazım deyil. Ona görə ki, əgər bu məsələlər hələ də nizamlanmayıbsa, fikrimcə ona diqqəti cəmləmək lazım deyil. Bunlar hər iki tərəf üçün çox həssas şeylərdir. Hesab edirəm ki, onları həmkarlarımın razılığı olmadan açıqlamaq hüququm yoxdur, lakin biz öz tərəfimizdən nizamlanmaya istiqamətlənən bütün səyləri alqışlayırıq. Biz gərginliyi azaldan bütün addımları dəstəkləyirik",- deyə Rusiya prezidenti bildirib.

Putin sonra Rusiyadan xəbərsiz bölgədə heç nəyin həll oluna bilməyəcəyinə də eyham vurub və deyib: "Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşünün Rusiyanın iştirakı olmadan keçirilməsinin səbəbi bizə aydındır. Bunu heç kəsə izah etmək lazım deyil. Bizim avropalı tərəfdaşlarımız öz siyasətlərini elə həyata keçirirlər ki, Rusiyanı belə formatlardan istisna hesab edirlər".

Bununla da Rusiya dövlət başçısı rəsmi olaraq Brüssel və Praqa formatlarının üstündən qırmızı xətt çəkib. 

Sülh müqaviləsinə gəlincə, Putin ilin sonunadək hansısa sənədin imzalanacağına dair proqnozları alt-üst edib və deyib ki, ortada hələ hər hansı müqavilə yoxdur, burada sənədin əsas komponentləri haqqında danışmaq hələ tezdir. Çünki bu, kompromis mövzusudur.

Teqlər