Noy 04, 2022 15:00 Asia/Baku
  • İspaniya Azərbaycan Respublikasını təcavüzkar tanıyır

Qərb dünyasının anti-Azərbaycan mövqelərinin davamında bu dəfə İspaniya parlamenti Azərbaycan Respublikasını öz torpaqlarını azad etdiyinə görə təcavüzkar adlandırıb.

İspaniya parlamenti Azərbaycan Respublikasının 30 il müddətində işğal altında olan ərazilərini Ermənistan ərazisi hesab edərək rəsmi Bakını öz torpaqlarını azad etdiyinə görə təcavüzkar adlandırıb.

İspaniya parlamentinin aşağı palatası (Konqres) Azərbaycanla bağlanan beynəlxalq sazişi ratifikasiya etməyib. Bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

parlamentin deputatı Con İnyarritu  parlementin bu qərarının səbəbini belə izah edib: “Deputatların əksəriyyəti Azərbaycanın təcavüzü ilə üzləşmiş erməni xalqı ilə həmrəy olaraq bu rejimlə məxfi informasiya haqqında razılaşmanın əleyhinə səs verib”.

Məlumatda bildirilir ki, parlamentin 174 deputatı sənədin əleyhinə, 132-si isə lehinə səs verib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Madriddə imzalanmış saziş Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların mühafizəsini nəzərdə tutur.

Praktikada beynəlxalq razılaşmanın parlament tərəfindən təsdiqlənməməsi nadir hallarda rast gəlinən olaydır.

Teqlər