Noy 08, 2022 11:31 Asia/Baku
  • Qüdrət Həsənquliyev anonsunu verdi

Son günlər mediada Naxçıvanın Muxtar Respublika statusunun ləğvi ilə bağlı fikirlər yayılmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Bakı mediasında son üç onillikdə qanunsuz rayon kimi “muxtariyyət” adı altında sui-istifadə edilən Naxçıvan Muxtar Respublikasının guya “muxtariyyət”inin ləğvi üçün yönəlmiş hərəkətlərə start verilib.  

Bakı mətbuatında Naxçıvanın “muxtariyyətinin” ləğvi ehtimalı gündəmə gələndən sonra Milli Məclisin depuatatı gününsəsi.info portal ilə müsahibədə deyib: “Düşünmürəm ki, hal-hazırda bu məsələ siyasi bir zərurətə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi açılarsa, yaxud regionda inteqrasiya prosesləri Avropa İttifaqında olduğu səviyyəyə qədər inkişaf edərsə ki, regionun vahid dövlət və gömrük sərhədləri olsun, o zaman bu məsələ xüsusi aktuallıq kəsb edər. Amma o fikirlə də razı deyiləm ki, Naxçıvanın Muxtar Respublika statusu 1921-ci il Moskva və Qars müqavilələri ilə təsbit olunduğundan onu dəyişdirə bilmərik. 1929-cu ildə sovet hakimiyyəti Naxçıvanın 9 kəndini və xeyli əkin sahələrini Ermənistana bağışlayıb. Biz bəzən həmin sazişlərə istinad etsək də, 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının yaranması ilə həmin müqavilələr öz əhəmiyyətini və qüvvəsini itirib”.

“Naxçıvan muxtariyyəti”nin mümkün ləğvi və əslində Naxçıvanı idarə edən qanunsuzluqlara haqq qazandıran deputat sonra qeyd edib: “Naxçıvanda dövlət idarəetmə xərcləri azaldılmalıdır. Naxçıvana elə-belə "nazirlər diyarı” demirlər. O qədər nazirllik, komitə, xidmət və s.mərkəzi icra hakimiyyəti orqanı, nazir, məmur, vəzifəli şəxs var ki, yerli sakinlərin çoxu onların əlindən və işsizlikdən bölgəni tərk ediblər, iş dalınca Türkiyəyə, Rusiyaya, Azərbaycanın digər bölgələrinə üz tutublar. Real vəziyyətin nə dərəcədə acınacaqlı olmasını bilmək üçün Azərbaycanın Mərkəsi İcra Hakimiyyət orqanları Naxçıvanda əhalinin siyahıya alınmasını həyata keçirməlidir. Balaca bir yer olsa da, heç bir ehtiyac olmadan yeni rayonlar yaradılıb, Azərbaycanın bütün dövlət idarəetməsi paralel olaraq ora köçürülüb. İş yerlərinin açılması, dövlət idarəetməsində yeni vəzifələrin yaradılması kimi qavranılıb”

Teqlər