Noy 14, 2022 22:19 Asia/Baku
  • Əhməd Kazimi: Bakı iqtidarı hüquqi və məhkəmə məsuliyyəti daşıyır

Bakının hegemonçuluq mehvərinə təhlükəli öhdəlikləri; Əliyevin İrana qarşı hay-küyünün dəlillərinin kökləri hara gedib çıxır?

Əliyevin üzdəniraq türkdilli ölkələrin Səmərqənd zirvə görüşündə İran azəriləri barədəki ifadələri göstərir ki, Bakı hakimiyyətinin keçmiş və dostsayağı iddialarının əksinə olaraq, Azərbaycan Respublikasındakı bütün anti-İran separatçı təbliğat və fəaliyyətlər məhz Bakı iqtidarının tam dəstəyi və koordinasiyası ilə həyata keçirilib və bu barədə Bakı hakimiyyəti və onun başçıları hüquqi və məhkəmə məsuliyyəti daşıyırlar.

Mövcud olan ilkin nikbinliklərinin əksinə olaraq, ikinci Qarabağ müharibəsi(2020-ci il) nəinki Tehran-Bakı münasibətlərinin yaxşılaşması ilə nəticələnmədi, əksinə, vəziyyəti mürəkkəbləşdirib, nəticə etibarı ilə iki ölkə münasibətlərində soyuqluğa və problemlərin meydana gəlməsinə gətirib çıxardı.

İranın ötən otuz il ərzində Azərbaycan Respublikasına iqtisadi, humanitar, kommunikasiya, tranzit, hərbi və siyasi cəhətlərdən hərtərəfli dəstəklər verməsinə və Tehranın yüksək səviyyələrdə Qarabağın Azərbaycan Respublikasına qaytarılmasına dair ardıcıl təkidlərinə əsasən, göznənilirdi ki, ikinci Qarabağ müharibəsindən sonra Bakı İranın bu atalıq xidmətlərinə görə təşəkkür edib, onları yüksək dəyərləndirməklə Tehranla dinc yanaşı yaşama münasibətini əsas götürəcək. Amma vəziyyət belə olmadı. Bu məsələnin səbəbi məlumdur.

İkinci Qarabağ müharibəsi Azərbaycan Respublikasının iradəsindən kənarda formalaşdı. Bu ölkə xüsusən İlham Əliyevin 2003-cü ildə hakimiyyət başına gəlməsindən sonra Türkiyənin konfederasiyalarından birinə, həmçinin başda “Britiş Petrolium” durmaqla İngiltərənin, eləcə də sionist İsrail rejiminin cövlangahına çevrilibdir.

Bu ölkələr və sionist rejim ekspansianist, fürsətpərəst, yenidən nəzərdən keçirmə oyunçuları kimi, ikinci Qarabağ müharibəsi planı çərçivəsində və “Azərbaycan Respublikası ərazilərinin azad edilməsi” çətiri altında səy göstərdilər. Onların hər biri, yeni osmançılıq, böyük Türkiyə, “NATO-nun Turan dəhlizi” və Azərbaycan Respublikasını “sionizmin regional bazası”na çevirmək mehvərilə öz fitnəkar planını həyata keçirməyə çalışdı.

İran ilə Ermənistan arasındakı sərhəd mehvərilə iri və əhatəli bir geopolitik fitnənin törədilməsində məqsəd, Ermənistanın cənubunu parçalamaq və bu bölgədə qeyri-qanuni və saxta siyasi struktur yaratmaqdır.

Son iki ilin təcrübəsi göstərir ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş əraziləri, əlbəttə ki, Qarabağ Respublikasının özündə deyil, Qarabağdan kənarda ermənilərin əlindən azad edilsə də, əvəzində, bütün Azərbaycan Respublikası sionist İsrail rejimi ilə Türkiyənin və pərdə arxasında, İngiltərənin ixtiyarına keçdi. Onların bayraqlarının Azərbaycan Respublikası boyu dalğalanması, bir ittifaqa dəlalət etməyib, Azərbaycan Respublikasının İlham Əliyev hökumətinin himayəsi altında sözügedən ölkələrin və sionist rejimin yarımmüstəmləkələrindən birinə çevrilməsindən söz açır.

Təbii olaraq, vəziyyətin Azərbaycan Respublikasının daxili ilə bağlı olan hissəsinədək, bu məsələnin bəlkə də İranla o qədər də əlaqəsi olmasın, lakin bir halda ki, Bakı İran əleyhinə geosiyasi, geoiqtisadi və geomədəni fitnələrin mərkəzinə çevriləcək və onun sistematik şəkildə şiəliyin aradan götürülməsi və İranofobiya cəhətləri də geniş və rəsmi səviyyədə izlənəcəksə, əlbəttə ki, sırf müdafiə olmamaqla, İranın reaksiyaları məntiqlidir. Elə buna görə də, ikinci Qarabağ müharibəsindən sonra Tehran-Bakı əlaqələri soyuqluğa doğru yönəldi.

Badkubə və ya Aran, tarixi baxımdan, İranın bir hissəsidir. Dünyada ikinci şiə ölkəsi olan Azərbaycan Respublikası, sivilizasiya, mədəniyyət, tarix və din nöqteyi-nəzərlərindən və ümumiyyətlə, Qafqaz, “mədəni İran”ın ayrılmaz hissələridirlər.

Azərbaycan Respublikasını Türkiyə ilə eyniləşdirmək, eləcə də yəhudilərlə Azərbaycan Respublikası arasında ortaqlığın yaradılması istiqamətində mövcud olan ekstremist yanaşma, onların Azərbaycan Respublikası xalqının iranlı olmasından nigaran olub, qorxuya düşmələri və təlaş keçirmələrindən qaynaqlanır.

NATO-nun makleri olan Türkiyə və sionist rejim illərdir ki, İranın tam şəkildə Azərbaycan Respublikasından çıxarılmasına can atırlar. Belə görünür ki, ikinci Qarabağ müharibəsi gedişində İlham Əliyevlə sionist rejim, Türkiyə və İngiltərənin başçıları arasında “yazılmamış bir razılaşma” mövcud olub. Bu razılaşmya əsasən, Təl-Əviv və Ankara, Londonun himayəsilə Amerika və Avropanı Ermənistanı himayə fikrindən daşındırmaq və ya zərərsizləşdirmək, həmçinin Rusiyanı strateji cəhətdən aldatmaqla “ ikinci Qarabağ müharibəsi” planı formasında Qarabağdan kənarda olan işğal olunmuş əraziləri azad etdilər. Məqsəd bu idi ki, bu fürsətdən istifadə etmək və İlham Əliyev üçün süni reytinq püfləmək və media şantayı törətməklə,/ məmurlarının, Azərbaycan Respublikası xalqını təngə gətirmiş dinə qarşı mübarizələri, cinayətləri, korrupsiyaları, həmçinin xanədanının dünyanın mötəbər medilarının dillər əzbəri olan korrupsiyası ilə bağlı, ona, yəni Əliyevə qarşı ictimai oyanış və inqilabların baş verməsinə mane olmuş olsunlar.

Unutmayaq ki, son illər ərzində hətta bir çox araşdırma mərkəzi, o sıradan amerikan və avropalı araşdırma mərkəzləri İlham Əliyevi Səddam Hüseynlə müqayisə edib, geniş ictimai etirazların baş verəcəyi barədə xəbərdarlıq etmişdilər. Buna görə, ikinci Qarabağ müharibəsi İlham Əliyev hökumətini Əsgər Akayev və Edvard Şevardnadze kimi süqutdan xilas etmək istiqamətində sionizm, Anadolu və London məşvərət otaqlarının resepti idi.

Bunların əvəzində, İlham Əliyevin özü Azərbaycan Respublikasının gələcəyi və mənafeyini fəda etməklə sionist rejim, Türkiyə və İngiltərə qarşısında təhlükəli öhdəliklər götürübdür.

Azərbaycan Respublikasını “sionizmin regional bazası”na və Artur Lenkin təbirincə desək, “sionistlərin ikinci evi”nə çevirmək üçün bütün zəminləri yaratmaq, regionun tranzit və enerji tənliklərində əsaslı dəyişikliklər işləyib hazırlamaq məqsədilə dırnaqarası “Naxçıvana qovşaq yolunun yaradılması” rəmzi ilə xəyali “NATO-nun Turan dəhlizi”ni yaratmaq üzrə səy, həmçinin NATO-nu Qafqaz Hartlənd-ində və Mərkəzi Asiyada yerləşdirmək, eləcə də təkfirçiləri və sonda “panturanizm və pantürkizm” kimi ingilis ideyasını formalaşdırmaq, Bakının hegemonçuluq mehvəri qarşısında götürdüyü təhlükəli öhdəliklərindəndir.

Elə buna görədir ki, üçüncü oyunçuların himayəsilə ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasında mütəşəkkil İranofobiya və şiəfobiyanın şiddətlənməsinin şahidiyik.

Rəcəb Tayyıb Ərdoğan son iiki ildə Bakı, Şuşa və Zəngilan da daxil olmaqla Azərbaycan Respublikasına olmüş bütün səfərlərində İlham Əliyevi İrana qarşı hərəkətlərə təhrik etmək istiqamətində çıxışlar edib və ya şeirlər oxuyubdur. Bu istiqamətdə sionist rejim gedişi də özünü göstərir; zira onlar şovinist, aparteid və ekspansianist yanaşma ilə İranı, həmçinin Rusiya və Çini hədəf götürmüş təhlükəsizlik, etnik, tranzit, enerji, mədəniyyət və din sahələrində fitnəkar planlar həyata keçirmək niyyətindədirlər. Buna görə, təəccüblü deyildir ki, onlar bu gün Azərbaycan Respublikasında İran əleyhinə geniş psixoloji və media qalmaqalı və müharibəsi salıblar ki, öz zənn etdilərinə görə, “Həmişə Azərbaycan Respublikası xalqının himayədarı olan İran”ı ümumi fkirdən və zehinlərdən silməklə öz fitnələrini həyata keçirmiş olsunlar.

Həqiqət budur ki, İlham Əliyevi bu qədər əsəbiləşdirən məsələ, sırf hərbi təlimlərin keçirilməsi deyil. Bakını əsəbiləşdirən və əl-ayağıını itirməsinə səbəb olan məsələ, məhz sionist rejimin, Türkiyə və İngiltərənin Azərbaycan Respublikasındakı Qafqaz fitnəkarlıqlarına cavab vermək üçün, Tehranda lazımi iradənin və ümumi fikirin yaradılması, həmçinin İranın ənənəvi yanaşmasında dəyişiklik olan bu hərbi təlimlərin verdiyi mesajdır.

Belə görünür ki, İlham Əliyev, Bakının təhlükəsizliyi aradan götürən və gərginlik yaradan hərəkətləri qarşısında, Tehranın strateji və atalıq səbrinin tükənməz olmasına dair bu hesablama səhvi ilə, bir növ öz hakimiyyətini sionist rejim, Türkiyə və İngiltərə arasında bölübdür ki, onlar istədikləri kimi regionun siyasi və coğrafi düzülüşünü cızsınlar və İran, Rusiya və Çinə qarşı “NATO-nun Turan dəhlizi” fitnəsi mehvəri ilə Qafqaz və Mərkəzi Asiyadakı mövqedən, “fitnə və aradan götürmə” kimi yeni ocaqlar yaratmış olsunlar. Lakin qəflətə qapılıblar ki, Amerika hegemoniyasının aşkar şəkildə tənəzzül etməsilə əsası qoyulmaqda olan Müqavimət mehvərinin rəhbəri kimi- İran, həmçinin Rusiya və Çinin mehvərliyi ilə Asiyada yeni nizam, ümumiyyətlə Qafqaza və Mərkəzi Asiyaya da şamil olur.

İlham Əliyev son aylarda rəsmi və qeyri-rəsmi kanallardan İranın qırmızı xətləri barədə lazımi mesajları alıbdır və yaxşı bilir ki, regiondakı bu yeni nizam prosesində və Tehran, Moskva və Pekinin əməkdaşlıqları ilə “NATO-nun Turan dəhlizi” reallaşmağa macal tapmayacaq və sionist rejim Qafqazı tərk etməyə məcbur olacaq. Əslində, İlham Əliyev üçün gələcək perspektivdə ümidverici nişanələr mövcud deyildir. Üstəlik, Ukrayna müharibəsinin nəticələrindən biri budur ki, Rusiya heç bir vəchlə Qarabağdan əl çəkməyəcək və hətta əgər digər bir Kalininqrada çevirməsə də, Qarabağa daimi baza kimi baxacaqdır. Digər tərəfdən, İlham Əliyev hökumətinin Naxçıvanın yüzillik muxtariyyətini ləğv etməyə zəmin yaratmaq sahəsində əl-ayağa düşməsi ondan xəbər verir ki, Azərbaycan Respublikasında, hüquqi itaətsizliklər və ictimai parçalanmalar barədə ciddi nigarançılıq mövcuddur.

Eyni zamanda, Azərbaycan Respublikasında azlıqlara qarşı mədəni soyqırımına, həmçinin onların, xüsusən  tat, udin, avar, ləzgi və talış azlıqlarının rəhbərləri və ziyalılarının işgəncə və terror edilmələri, eləcə də qətlə yetirilmələrinə görə, bu ölkədəki azlıqlar sözügedən sistematik genosiddən xilas olmaq üçün fürsət axtarırlar. Əlbəttə, bu qəbil gedişat və misallar çoxdur, lakin onların hamısı buna dəlalət edir ki, vəziyyət, İlham Əliyevin təsəvvür etdiyi kimi inkişaf etməyibdir. Belə görünür ki, İlham Əliyev, elə bir qumara əl atıbdır ki, onun sınmasının gurultulu səs-sədası eşidilməkdədir, çünki siyasət meydanı, əsl qumar oynama meydanından qat-qat çətindir. Bu üzdən, Əliyevin əsəbiləşməsinin dəlilləri bəllidir. Əslində o, Əliyevlər sülaləsinin irsi hakimiyyətinin davam etməsinin gələcək pespektivini böyük problemlərlə yanaşı görür. Bu səbəbdən, Əliyev İŞİD-in İranın Şiraz şəhərində yerləşən Şahçıraq hərəmində törətdiyi terror hərəkətində onun ölkəsinin rolu barədə izahat verib, bu cəhətdən üzr istəmək yerinə, qəribə təzadlı sözlər söyləməyə üz tutubdur. Bir tərəfdən, Azərbaycan Respublikasında şiəliyin aradan götürülməsininin başçısı rolunü üzərinə götürdüyü bir halda, Əliyev azad edilmiş ərazilərdə məscidlərə məhəbbətdən, eləcə də separatçı ermənilərin cinayətlərindən və necə deyərlər, onların xəyali hamilərindən danışır. Digər tərəfdən, Əliyev bir daha böyük bir qumara əl atır və o, İranın daxili işlərinə qarışıb, İranın qeyrətli azərilərinin vəziyyəti barədə əsassız iddialar irəli sürür.

Əliyevin üzdəniraq türkdilli ölkələrin Səmərqənd zirvə görüşündə İran azəriləri barədəki ifadələri bir tərəfdən göstərir ki, birincisi, Bakı hakimiyyətinin keçmiş və dostsayağı iddialarının əksinə olaraq, Azərbaycan Respublikasındakı bütün anti-İran separatçı təbliğat və fəaliyyətlər məhz Bakı iqtidarının tam dəstəyi və koordinasiyası ilə həyata keçirilib və bu barədə Bakı iqtidarı və onun başçıları hüquqi və məhkəmə məsuliyyəti daşıyırlar.

İkincisi, Amerika ilə sionist İsrail rejiminin İran xalqı ilə düşmənçilikləri və onların İranda separatçılıq hərəkətləri törətmək təmayüllərindən xəbərdar olan Əliyev üzdəniraq “İran azəriləri məsələsi”ni irəli sürməklə Qərbi qane etməyə çalışır ki, qoymasınlar, o, İranı parçalamaq xülyasında olmuş Səddam Hüseynin, həmçinin Müəmmər Qəzzafinin talelərinə düçar olmuş olsun.

Təbiidir ki, İlham Əliyevin ikitərəfli təhlükəsizlik müqavilələri, BMT Nizamnaməsini və beynəlxalq hüquqlara hakim kəsilmiş qaydaları açıq-aşkar şəkildə pozan müdaxilə mahiyyətli ifadələrinin layiqincə və peşmanedici cavabı veriləcək. Minimumu budur ki, əgər o, doğrudan da öz sözlərinə inanırsa, İranın on il bundan öncə vizanı ləğv etdiyi kimi, Bakının da İran üçün vizanı ləğv etməsi barədə göstəriş verə bilər ki, İran vətəndaşları, o sıradan Əliyevin işarə etdiyi azərilər asanlıqla Azərbaycan Respublikasına səfər edib, Bakının azlıqlara divan tutan hökumətinin nailiyyətlərilə yaxından tanış olsunlar. Lakin xatırlatmağa və oyanmağa ehtiyac duyulan cəhət budur ki, İlham Əliyev bu məsələdə də böyük hesablama yanlışlığına düçar olub. Belə ki, İran azəriləri tarix boyu İran diyarının bütövlüyünün qorunmasında öncül, İranın tarixi sərhədləri və onun genişliyinin qoruyucuları, şiəliyin gücləndirilməsi və yayılmasında bayraqdar olublar.

Son otuz ildə İranın Bakı ilə əlaqədar, atalıq yanaşması səbəb olubdur ki, Bakı hakimiyyətinin İranla və şiəliklə mübarizə hərəkətləri, Azərbaycan Respublikasının xalqı barədə qardaşcasına məsuliyyət və tarixi vəzifə hissi keçirən, qəhrəmanlıqlar yaradan azərilər də daxil olmaqla İran vətəndaşları arasında lazım olan qədər özünü büruzə verməyibdir. Amma hazırda demək olar ki, İlham Əliyevin sözügedən səhvinin nəticələrindən biri, bu prosesin Tehran tərəfindən islah edilməsi və nəticədə, Azərbaycan Respublikasında və Naxçıvanda baş verəcək gələcək hadisələrin İranın qeyrətli azərilərinin və digər İran vətəndaşlarının tələbləri ilə təbii şəkildə ilmələnməsi olacaq. Gələcək hadisələrin gedişatı göstərəcəkdir ki, düşmənlərin təsəvvürlərinin əksinə olaraq, Qafqazda şəraitin yenidən tərif edilməsi üçün İran tərəfində necə əzəmətli potensiallar mövcuddur. Bu səbəbdən, bu gün Azərbaycan Respublikası hakimiyyətinin daxilində belə bir ciddi bəhslər gedir ki; nə qədər ki, gec deyil, Badkubə ən mühüm həll yolu kimi, Tehranın otuzillik himayə yanaşması qarşısındakı səhvlərini düzəldib, onların əvəzini çıxmalıdır.

Teqlər