İşğal olunmuş ərazilərdə səfirliyin açılması təsdiqlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i395314-İşğal_olunmuş_ərazilərdə_səfirliyin_açılması_təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın sionistlərin işğalı altında olan Fələstin ərazilərində səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 26, 2022 17:59 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə səfirliyin açılması təsdiqlənib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın sionistlərin işğalı altında olan Fələstin ərazilərində səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

SəhərAzəri-nin məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir,Azərbaycan Xarici İşlər Nazirliyi də səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

İ.Əliyev eyni zamanda, Azərbaycan Respublikasının qəsbkar sionist rejimdə səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.