Noy 28, 2022 11:55 Asia/Baku
  • Naxçıvan
    Naxçıvan

30 ilə yaxındır Naxçıvan MR-da vəzifədə olan şəbəkənin ağır korrupsiya əməlləri məhz indi üzə çıxarılır.

SəhərAzəri-nin məlumatına əsasən, 1995-ci ildən Naxçıvan MR-nın başçısı vəzifəsində işləyən və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə eləcə də 2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə iki dəfə "Şərəf" ordeni ilə təltif edilən Vasif Talıbova qarşı başladılan kampaniyalar çərçivəsində Naxçıvan MR-in maliyyə naziri həbs edilib

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

 Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.

30 ilə yaxındır Naxçıvan MR-da gedən yeyintilərin bu gün qəfildən hakimiyyətin diqqətini çəkməsi Azərbaycan Respublikasının ümumi fikrində ciddi müzakirə mövzusuna çevrili

 

 

Teqlər