İqtisadçı alim tayfa rejiminin ölkə üçün gətirdiyi fəlakətlərdən danışdı
"Antimilli, korrupsioner hakimiyyət baslıca problemdir"
İqtisadçı alim Qubad İbadoğlu 87 yaşlı tanınmış yazıçı Əlisa Nicatın acı taleyi ilə əlaqədar Əliyev hökumətini tənqid atəşinə tutub.
SəhərAzəri-nin məlumatına əsasən, Qubad İbadoğlu bildirib ki, Əlisa Nicatın bu qışla bağlı istilik problemi hələlik həll olundu. Ömrü boyu çalışan, yazan, yaradan ziyalı nədən bu kökə düşməlidir, onu bu duruma salan kimdir? Düşünən varmı ölkədə Əlisa Nicatla eyni taleyi və dərdləri yaşayan 100 minlərlə pensiyaçının problemi necə həll olunacaq? Əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ildə 332 manat olub, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir.
Ekspertin sözlərinə görə, ötən 15 ildə Azərbaycana yalnız neft və qaz satışından 200 milyard dollardan çox vəsait daxil olub. Lakin neft-qaz gəlirləri əsla ədalətli bölüşdürülməyib.
Qubad İbadoğlu sonda cəmiyyətin diqqətini Əlisa Nicatın nümunəsində ədalətsiz pensiya siyasətinə cəlb etməyə dəvət edib və anti-milli, korrupsioner hakimiyyəti qınamağa çağırıb.