Mart 02, 2023 16:54 Asia/Baku
  • Qarabağdakı separatçılar Azərbaycan nümayəndələri ilə görüşləri barədə açıqlama verdilər

Rusiya Sülhməramlı Kontingentinin komandirinin vasitəçiliyi ilə separatçı rejim və Azərbaycan Respublikasının nümayəndələri arasında növbəti görüş keçirilib.

 SəhərAzəri-nin məlumatına əsasən, görüş zamanı tərəflər Laçın dəhlizinin bağlanması kontekstində humanitar məsələləri müzakirə ediblər. Bildirilir ki, Qarabağ erməniləri və Azərbaycan nümayəndələri arasında belə görüşlər müxtəlif texniki, humanitar və infrastruktur məsələləri müzakirə etmək üçün dəfələrlə müxtəlif səviyyələrdə keçirilib. Konkret olaraq martın 1-də isə Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin bərpası, Ermənistandan Qarabağa elektrik enerjisinin verilişinin bərpası, təbii qazın fasiləsiz təchizatı, eləcə də Kaşen mədəninin istismarı ilə bağlı məsələlər müzakirə edilib.

Erməni mənbələrinin bildirdiyinə görə, görüşdə Dağlıq Qarabağın siyasi statusu ilə bağlı məsələ müzakirə edilməyib. Dağlıq Qarabağ və Azərbaycan nümayəndələrinin daha bir görüşü fevralın 24-də Rusiya sülhməramlı kontinqentinin komandanlığının vasitəçiliyi ilə keçirilmişdi.

Azərbaycan parlamentinin üzvü Ramin Məmmədovu Qarabağ nümayəndələri ilə danışıqlarda iştirak edir.

 

Teqlər