Apr 07, 2023 16:10 Asia/Baku
  • Sifarişli parlamentin növbəti şovsu

Bu gün Azərbaycan Respublikası parlamenti İran parlamentinin son bəyanatına qarşı şov iclası keçirərək sifarişli bəyanat qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın islami şura məclisinin deputatları aprelin 5-də bir bəyanat qəbul edərək Azərbaycan Respublikası Parlamentindən mübarək Ramazan ayında və məzlum Fələstin xalqının saxta sionist rejim tərəfindən ən vəhşi üsullarla işgəncə və zülmə məruz qaldığı və Məscidül-Əqsaya daxil olmalarına mane olunduğu bir vaxtda, İslam ümməti ilə birlikdə Azərbaycan hökumətinin sionist rejimdə səfirlik açmasına qarşı mövqe tutmağa çağırmışdı.

İranlı 210 millət vəkilinin imzaladığı bəyanatda

Azərbaycan Respublikası hökumətinin Qüdsü işğal edən sionist rejimində səfirlik açması islam dünyasının mənafeyinə zidd hiərəkət adlandırılmışdır.

Bəyanatda Azərbaycan Respublikasının dövlət rəsmilərinin bu hərəkətinin onlara qarşı olduqca mənfi siyasi nəticələr törədəcəyi bildirilmiş və müsəlmanlar arasında rəsmi Bakıya qarşı imic formalaşdıracağı vurğulanmışdı.

Azərbaycan Respublikasına dostcasına məsləhət xarakteri daşıyan bu qayğıkeş bəyanat Azərbaycanlı deputatlar tərəfindən nədənsə anti-Azərbaycan və təxribatçı bəyanat adlandırılır.

İranlı millət vəkilləri hökumətdən bununla əlaqədar müsəlman ölkələrə müraciət etməyi tələb ediblər. Bu da onların qanuni hüquqları çərçivəsində hökumətin qanunvericilik orqanı qarşısnda məsuliyyətli olması reallığından irəli gəlir.

İranlı parlamentarilərin Azərbaycana qarşı yarana biləcək təhlükələrdən nigaran qalaraq qəbul etdikləri bəyanat nəyə görə azərbaycanlı deputatları belə qəzəbləndirməlidir? Görünür on illərlə parlamentdə kürsü sahibi olan və oturduqları kürsüdən bir dəfə də olsun hökuməti tənqid etmək cəsarəti tapmayan və xaslqın ciddi və həqiqi problemlərindən bir kəlmə belə söz açmayan azərbaycanlı deputatlar bir daha onlardan tələb olunanı yerinə yetirməkdə növbəti “uğura” imza atmış oldular.

Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı işğalçı sionist rejimlə əlaqə yaratmağı özünə sığışdırmır və heç şübhəsiz ki, özlərini millət vəkili adlandıran parlamentarilərdən elə İran parlamentinin bəyanatına oxşar bir münasibət arzulayır.

 

Teqlər