Apr 21, 2023 16:12 Asia/Baku
  • “İran casusları”-na “külli miqdarda narkotik vasitəsi satma” ittihamı!

Aprelin 19-u Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynovun həbsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı külli miqdarda nakotik vasitəsi satma ittihamı irəli sürüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, Hüseynov ona verilən maddələr üzrə özünü təqsirli bilmir.

SəhərAzəri-nin məlumatına görə, Mirtofiq Hüseynovun atası Mircəlal Hüseynov deyir ki, oğlu həbs olunduqdan sonra ona zəng gəlib.

“Tanımadığım nömrədən mənə zəng gəldi. Həmin adam suallar verməyə başladı ki, oğlun namaz qılandı, şiədir? Dedim ki, hə. Əgər mənim oğlum narkotiklə tutulubsa, mənə zəng edib bu suallar niyə verilirdi?

Oğlumla şərt kəsiblər ki, sənə narkotik istifadəçisi maddəsi veriləcək, gedib yatıb çıxarsan. Sonra külli miqdarda narkotik satışı maddəsini veriblər. Oğlumla telefonla  danışanda bildim ki, onu təhdid ediblər”.

Məhkəməyə dəstək üçün digər həbs olunan inanclı şəxslərin yaxınları gəlib. Onlar bildirir ki,külli miqdarda narkotik satma maddəsi ilə həbs olunan yaxınları mediada “iran casusu” kimi təqdim olunub. Ailələr isə hər iki ittihamın şərləmə olduğunu deyir və sübut tələb edirlər.

“Mənim qardaşım kirayədə qalır. Həbs olunanda üzərində 20 qəpik və 3 ədəd siqaret olub. Bəs necə olur ki, külli  miqdarda narkotik satmada ittiham olunur? Bu üzrə ittiham olunan şəxslərin evlərinə gedib baxsınlar,görsünlər casus və ya narkotik satışı ilə məşğul olan kirayədə qalar?” deyə, həbs olunan digər inanclı şəxsin Murad Abdullayevin bacısı Arzu Abdullayeva bildirib. Növbəti məhkəmə prosesi aprelin 27-nə təxirə salınıb.

Xatırladaq ki, son aylar onlarla  inanclı şəxslər həbs edilib. Onları “İran casusu” adı ilə  həbs edilsələr də sonradan onalara  külli miqdarda narkotik vasitəsi satma ittihamı irəli sürülüb

 

 

Teqlər