“İstəmirəm adım əfv siyahısında İlham Əliyevin masasına getsin”
https://azeri.sahartv.ir/news/azərbaycan-i399811-İstəmirəm_adım_əfv_siyahısında_İlham_Əliyevin_masasına_getsin
Müsəlman Birliyi Hərəkatının həbsdə olan lideri Hacı Tale Bağırzadə əfv ərizəsi yazmamasının səbəbini açıqlayıb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
May 10, 2023 10:37 Asia/Baku
  • “İstəmirəm adım əfv siyahısında İlham Əliyevin masasına getsin”

Müsəlman Birliyi Hərəkatının həbsdə olan lideri Hacı Tale Bağırzadə əfv ərizəsi yazmamasının səbəbini açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, Bununla bağlı həyat yoldaşı Leyla İsmayılova verdiyi açıqlamada söyləyib. O deyib: “Hacı Tale ümumiyyətlə əfv siyahısına adının düşməyini istəməyən bir insandır. Əvvəllər də vurğulamışdı ki, onun adının əfv siyahısında İlham Əliyevin masasına getməsini istəmir.”

Xatırladaq ki, Tale Bağırzadə 2015-ci ildə Nardaranda keçirilən polis əməliyyatında həbs olunub. O, qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox maddə ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiçələri bu ittihamların saxta olduğunu vurğulayır və Bağırzadənin sadəcə olaraq siyasi baxışına görə məhbəsə atıldığını deyirlər.