Azərbaycanda Aşura mərasimləri keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i402140-azərbaycanda_aşura_mərasimləri_keçirilir
Bu gün Seyyidəşşühəda Həzrət İmam Hüseyn(ə) və onun 72 vəfalı köməkçisinin şəhadətinin ildönümü günü Azərbaycan Respublikasında bu ölkənin əhli-beyt aşiqi olan xalqının geniş iştirakı ilə qeyd olunub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 28, 2023 14:11 Asia/Baku

Bu gün Seyyidəşşühəda Həzrət İmam Hüseyn(ə) və onun 72 vəfalı köməkçisinin şəhadətinin ildönümü günü Azərbaycan Respublikasında bu ölkənin əhli-beyt aşiqi olan xalqının geniş iştirakı ilə qeyd olunub.

Bakıda mərasimlər “Təzə Pir”, Göy məscid, Bibiheybət, İmam Əli məscidlərində təşkil olunub.

Aşura günündə Azərbaycan Respublikasında onminlərlə insan Kərbəla faciəsini yad etmək, imam Hüseynin şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıb.

Bundan əlavə, Aşura ilə əlaqədar 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində də qanvermə aksiyaları təşkil olunub.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir. Azərbaycan Respublikası xalqı məhhərəm və səfər aylarında şadliq və toy məclislərindən intina edir.