Sen 26, 2023 20:16 Asia/Baku
  • Azərbaycanın Xankəndinə daxil olmaq icazəsi yoxdur?

Bazar ertəsi axşam Xankəndinin kənarında, avtomobillər üçün yanacaqdoldurma məntəqəsində benzin çəni partlayıb. Yüzlərlə ölən və yaralananların olduğu bildirilir.

Rəsmi Bakının Qarabağa nəzarəti tam təmin etdiyini bildirməsinə rəğmən dünən Xankəndidə baş verən belə bir faciədən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə əməkdaşlarının hadisə yerində olması barədə heç bir məlumat yayılmayıb.

Yanğınla əlaqədar bütün əməliyyatların separatçı rejimin yerli idarə orqanları tərəfindən həyata keçirildiyi deyilir. Yanğından zərər çəkən 290 yaralının isə Xankəndidə üç klinikaya və Rusiya sülhməramlı kontingentinin ambulatoriyasına aparıldığı bildirilir. Hadisə ilə bağlı bütün məlumatlar separatçı rejimin səhiyyə qurumu və digər müvafiq orqanları tərəfindən yayılır.

Hətta 13 tanınmamış cəsədin separatçı rejimin "məhkəmə tibbi ekspertiza bürosuna" təhvil verildiyi deyilir. Beləliklə də Xankəndidə bir yanacaqdoldurma məntəqəsində baş verən yanğın, Xankəndinə rəsmi Bakının heç bir nəzarətinin olmadığı faktını ortaya qoymuş olub və məlum olub ki, hətta belə bir dəhşətli hadisəyə müdaxilə etmək icazəsi də rəsmi Bakıya verilməyib. O da bəlli olub ki, ən azından Xankəndidə separatçı rejimin strukturları tam işlək vəziyyətdədir. 

Tibbi yardım üçün vertolyot isə Bakıdan deyil Ermənistandan göndərilib və Azərbaycanın vertolyota hava məkanı yaratdığı deyilir.

Məlumata görə bu gün səhər həkim qrupu  zəruri dərman və tibbi ləvazimatlarla birlikdə Ermənistandan vertolyotla Xankəndinə gedib.

Ən son məlumata görə məhz bu gün axşam çağı Azərbaycan Respublikasından yanğınsöndürən avtomobillər Əsgəran yolundan Xankəndinin yaxınlığına yola salınıb.

Teqlər