Okt 01, 2023 15:37 Asia/Baku
  • Kamran Əliyev: Qarabağ separatçılarının liderləri azad edilməyəcək

Azərbaycan ağır cinayətlər törətməkdə təqsirləndirilən 300-dən çox erməni separatçısını axtarışa verib.

Azərbaycan Respublikasının baş prokuror Kamran Əliyev bu gün jurnalistlərə bildirib ki, əvvəlki dövrlərdə, ikinci Qarabağ müharibəsi zamanı, axtarışa verilmiş bir neçə nəfər saxlanılıb və barələrində artıq hökmlər çıxarılıb və Qarabağ separatçılarının liderləri azad edilməyəcək.

Onun sözlərinə görə, Qarabağın keçmiş “prezidenti” Arayik Arutyunyan və ordunun keçmiş komandanı Cəlal Arutyunyan Vətən müharibəsi zamanı Gəncədə dinc əhalinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı beynəlxalq axtarışa verilib.

Son günlər Ermənistan tərəfi hazırkı “prezident” Samvel Şahramanyanın separatçı liderlərə amnistiya verilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.

 

Teqlər