İyun 12, 2024 17:27 Asia/Baku
  • Rusiya hərbçiləri Qarabağı tam tərk edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün bildirib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdan tamamiylə çıxıb.

Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib, məlumatda deyilir.

Sülhməramlıların yerləşdiyi Xocalı aeroportunun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Xatırladaq ki, sülhməramlıların çıxarılması barədə qərar bu ilin aprelində Azərbaycan və Rusiya prezidentlərinin razılaşması nəticəsində qəbul edilib.

2020-ci il 10 noyabr üçtərəfli bəyanata əsasən Azərbaycan rəhbərliyi Rusiyanın Qarabağda 2 minədək hərbçi və 200-ə yaxın müxtəlif hərbi texnika yerləşdirməsi ilə razılaşdı. Bu qüvvələr sülhməramlı missiyasına malik olaraq Qarabağ ermənilərinin təhlükəsizliyini qorumalı idi. Rusiyanın hərbi kontingenti 2025-ci ilədək öz  missiyasını davam etdirməli idi ancaq 2023-cü il sentyabrın sonunda Qarabağdakı separatçı rejimin ləğv edilməsi və onun ardınca erməni əhalinin Qarabağı tərk etməsindən sonra sülhməramlılara ehtiyac qalmadı.

Teqlər