Naxçıvan yenə də atəşə tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün də Naxçıvanın Ermənistan tərəfindən təkrar atəşə məruz qaldığını bildirib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi dünən də bir məlumatda bildirmişdi ki, iyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi İyunun 12-si saat 10:05-dən 17:50-dək də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirmişdi.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikasının bu iddiasını təkzib edərək bildirmişdi ki,bu həqiqəti əks etdirmir və Ermənistan Azərbaycan ordusunun mövqelərinə atəş açmayıb.
Qeyd edək ki, çoxdandır Xüsusiylə Qarabağdakı separatçı qurumun ləğv edilməsindən sonra iki ölkə arasında atəşkəsin pozulması ilə bağlı iddialar səngimişdi.