İyul 10, 2024 13:06 Asia/Baku
  • Azərbaycan quru sərhədlərini açır?

Yeni müsavat qəzeti Nazirlər Kabineti yanında Operativ Qərargahda quru sərhədlərin bir aylıq müddətinə açılması mövzusunun müzakirə edilməsindən xəbər verib.

Yeni Müsavat qəzeti adını açıqlamadığı mənbələrə istinadla bildirir ki, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq və əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur.

Qəzet daha sonra yazır ki, mənbələr ümumiyyətlə oktyabrın 1-dən quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər.

Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: "Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb”,- Natiq Cəfərli deyib.

Ekspertə görə quru sərhədlərin açılması turizmin, sərhədyanı ticarətin canlanmasına, ölkənin daxilində rahatlığın yaranmasına səbəb olacaq.

 

 

Teqlər