Sen 27, 2024 15:08 Asia/Baku
  • Bu gün 44 günlük müharibənin başlanğıcı günüdür

Bu gün 27 sentyabr Azərbaycan Respublikasının 30 il müddətində işğal altında qalan öz ərazilərini işğaldan azad etmək məqsədi ilə başlatdığı 44 günlük müharibənin ildönümü günüdür.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası ordusu işğal altında olan ərazilərdə yerləşən Ermənistan ordusuna qarşı genişmiqyaslı müharibəyə başladı.

Daima Qarabağın işğalına son qoyulmasına çağıran İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəsi Höccətül-islam Seyid Əli Əkbər Ocaqnejad dərhal Azərbaycan xalqına video müraciət edərək Azərbaycan ordusunun hücum əməliyyatlarının haqlı olduğunu,Qarabağın Azərbaycan olduğunu və bu savaşda həlak olan hər bir azərbaycanlının şəhidlik zirvəsinə yüksəldiyini vurğuladı.  

Müharibənin davam etdiyi növbəti günlərdə Vəliyi-fəqihin Ərdəbil, Şərqi və Qərbi Azərbaycan və Zəncan vilayətləri üzrə nümayəndələri də müştərək bəyanatda Azərbaycanın haqlı savaşını dəstəklədilər. Dini Seminariyaların rəhbəri Ayətullah Əlirza Erafi bir bəyanat yayaraq Qarabağın Azərbaycan Respublikası ərazisi və islam torpaqlarının bir parçası olduğunu vurğuladı, dini seminariyalar və dini tələbə və müəllimlərin Azərbaycanın igid xalqının müdafiəsini birmənalı şəkildə dəstəklədiyini, Azərbaycan xalqının yanında durduğunu bildirdi.

İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei də 3 noyabr 2020-ci ildə, əziz islam peyğəmbərinin(s.ə) mübarək mövludu günü münasibəti ilə etdiyi çıxışında Azərbaycanla Ermənistan arasında gedən savaşa münasibət bildirərək Azərbaycan Respublikasının bütün ərazilərinin bu ölkəyə qaytarılmalı olduğunu vurğuladı.

Azərbaycan ordusu, bu ölkənin Hüseyn(ə) məktəbinin yetişdirmələri olan 3000-ə yaxın qeyrətli şəhadətsevər gənclərinin igidliyi nəticəsində nəhayət 44 gün ərzində öz torpaqlarının işğalına son qoydu.

Sentyabrın 27-i 44 günlük müharibənin başlanması günü Azərbaycan Respublikasında qəhrəman şəhidlərin xatirəsinin anılmsı günü olaraq qeyd olunur.

 

Teqlər