COP dövlətlərdən pul qoparan böyük layihədir?
Noy 14, 2024 12:21 Asia/Baku
"Dünya Bankı yaxın 10 ildə iqlim maliyyələşdirilməsinə 150 milyard dollar ayırmağı planlaşdırır"
Bu barədə COP29-da maliyyə qurumunun vitse-prezidenti Yurgen Fogel bildirib. Açıqlaması maraq doğuran Fogel daha sonra deyib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltması və riskləri qarşılaması üçün 2030-cu ilə qədər illik 2,4 trilyon dollara ehtiyacı yaranacağını qeyd edib.
Sual: Bəs bu qədər pullar hardan və kimin hesabına toplanacaq?
Dünya ölkələrinin əksəriyyəti hazırda silahlanmaya doğru getdiyi bir dönəmdə iqlim dəyişikliyini önləyən maliyyə vəsaitinə hansı "ağıllı" dövlət pul xərcləyəcək?