Noy 23, 2024 16:24 Asia/Baku
  • Azərbaycana casusluq edən həbs edildi

Ermənistanda Azərbaycana casusluqda ittiham edilən keçmiş məmur Sərkis Qalstyan 18 il müddətə azadlıqdan məhrum edilib.

  Bildirilib ki, S.Qalstyan əvvəllər Azərbaycanın daxilindəki keçmiş və qondarma separatçı qurumda “müxtəlif vəzifələrdə” çalışıb, Şuşa rayon “administrasiyası rəhbərinin müavini”, “təhsil nazirliyi aparatının” və “prezident aparatı rəhbəri”nin müavini olub.İş materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin xüsusi xidmət orqanlarına “işə götürülüb”.

Vurğulanıb ki, Xankəndi separatçılardan təmizləndikdən sonra Qalstyan 6 aya yaxın bu şəhərdə qalıb. 2024-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və orada saxlanılıb.Maraqlıdır ki, Ermənistan İstintaq Komitəsinin Qalstyana qarşı istifadə etdiyi sübut onun evində axtarış apararkən tapılan türk dilindəki lüğət olub.

Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Teqlər