Dek 19, 2024 18:31 Asia/Baku
  • Azərbaycanın Türkiyənin hərbi bazalarına ehtiyacı yoxdur

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev RİA-Novosti-yə müsahibə verib.

  Bu müsahibədə «Türkiyənin Azərbaycan Respublikasında hərbi bazası var, yoxsa yox?» sualının cavabında Əliyev deyib: Bunlar şayiədir. Bazaya ehtiyac yoxdur.

İlham Əliyev jurnalistin «Sizcə, Türkiyənin hərbi bazalarının Azərbaycan Respublikasında olması lazımdırmı?» sualına isə belə cavab verib: Bu məsələ lazım deyil. Əgər cavabımı bir az açmaq istəsəm, vaxtaşırı bəzi medialarda verilən informasiyalara əsasən deməliyəm ki, bu məsələyə ehtiyac yoxdur.

O, əlavə edib: Azərbaycan 1992-ci ildə öz istiqlaliyyətini yenidən əldə edərkən Türkiyə ilə hərbi əməkdaşlıq edirdi. Bu əməkdaşlıq indiyədək davam edib və Azərbaycan ordusunun modernləşdirilməsində böyük rola malik olub.

Bununla belə, Əliyev, Türkiyə-Azərbaycan ittifaqı bəyannaməsindəki/ təhdid və ya hücumun mövcud olacağı təqdirdə, iki ölkənin qarşılıqlı hərbi əməkdaşlığa malik olmasına dair bəndə işarə edib.

Əliyev vurğulayıb: Bəyannamənin bu bəndi əslində bu və ya digər ölkədə daimi hərbi infrastrukturların yaradılmasını tamamilə qeyri-zəruri edir.

O, əlavə edib: İki ölkə hər il iki ölkədə 10-dan çox birgə hərbi təlimlər keçirir. Bu məsələ Qafqaz bölgəsinin sabitliyində mühüm rol oynayır.

Qeyd etmək lazımdır ki, Ankaranın Suriya məsələsində əxvani və sələfi ekstremist silahlı müxalif ünsürləri himayə etməsindən sonra söylənən bu sözlər diqqətəlayiqdir və Türkiyə ilə inteqrasiya sahəsində Əliyevin geriyə bir addım atması hesab oluna bilər. Əvvəllər Bakı Ərdoğanın «Liviyaya girdiyimiz kimi, Qarabağa da girdik» sözləri ilə bağlı nigarançılıq və narahatçılıq ifadə etmiş və Azərbaycanın rəsmi qəzetində Ərdoğana qarşı uzun bir məqalə dərc olunmuşdu. Bu açıqlamalarda qələbənin şərəfi Ərdoğana deyil, Əliyevə aid edilmişdi.

 

Teqlər