Müxalifətçi ekspert Azərbaycan hakimiyyətinin öz siyasi kursunu dəyişməsinə eyham vurdu
Fuad Qəhrəmanlı: Bakı İsrail-Hindistan cəbhəsinə keçir
Fransada mühacirətdə yaşayan siyasi şərhçi, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginliklə bağlı ciddi fərziyyə irəli sürüb.
Fuad Qəhrəmanlı bu barədə yazısında İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısında iştirakdan imtinasını münasibətlərin pisləşməsinin göstəricisi kimi qiymətləndirib.Politoloqun fikrincə, hicab məsələsi iki ölkə arasındakı gərginliyin əsas səbəbi deyil, geosiyasi ziddiyyətləri ört-basdır edən bəhanədir.O, Türkiyə rəhbərliyinin münasibətləri normallaşdırmaq üçün atdığı addımların nəticə vermədiyini iddia edib.Siyasi şərhçi Əliyevin Hindistanın xarici işlər naziri ilə görüşünü də Ankara üçün geosiyasi mesaj kimi dəyərləndirib.Qəhrəmanlı bəzi məlumatlara istinadən noyabrda Bakıda Azərbaycan, İsrail, Hindistan və BƏƏ-nin iştirakı ilə təhlükəsizlik müzakirələrinin keçirilə biləcəyini bildirib.Onun qənaətinə görə, belə bir görüş baş tutarsa, bu, Azərbaycanın Türkiyənin təşəbbüslərindən fərqli təhlükəsizlik istiqaməti seçdiyinə işarə ola bilər.Müəllif hesab edir ki, Bakı-Ankara münasibətlərindəki gərginlik İsrailin regional maraqları ilə də əlaqəli ola bilər.Qəhrəmanlı Türkiyənin indiyədək nümayiş etdirdiyi güzəştli mövqeyin nəticəsiz qalmasının münasibətləri daha da gərginləşdirə biləcəyini vurğulayıb.