Azərbaycan XİN Avropa Məhkəməsinin rəyi barədə bəyanat verib
İyun 17, 2015 19:06 Asia/Baku
-
Azərbaycan XİN Avropa Məhkəməsinin rəyi barədə bəyanat verib
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Məhkəməsinin qərarı Ermənistanın Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu davamlı inkar etməsinə birdəfəlik son qoyub.
Səhər Beynəlxalq Televiziyasının APA-ya istinadlı məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarla bağlı bəyanat yayıb.Azərbaycan XİN-in bəyanatında deyilir: “16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan edib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır.
Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu mövqe əsasında münaqişənin nizamlanması prosesinə sadiq qalır. Ermənistan tərəfi bu reallıqla nə qədər tez barışsa, münaqişə də bir o qədər tez həll olunacaq və region ölkələri və insanları əməkdaşlıq və iqtisadi inkişafdan faydalanacaqlar”.