AİP lideri 20 gündən sonra karserdən çıxarılıb
İyun 29, 2015 08:29 Asia/Baku
Azərbaycan İslam Partiyasının lideri 20 gündən sonra karserdən çıxarılıb
Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Möhsün Səmədov 20 gündən sonra karserdən çıxarılıb. Bu barədə FaktXəbər-ə partiyanın sədr müavini Vüqar İbayev məlumat verib.Onun karserə salınmasına səbəb, Ramazan ayında oruc tutan məhbuslara həbsxana rəisinin şərait yaratması istəyi ilə bağlı müraciəti olub.
Qeyd edək ki, AİP sədri Hacı Möhsün Səmədov 2011-ci ilin yanvarında həbs edilib. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.